Bank Of Baku

BAXCP Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi ilə bağlı imzalanan sazişləri yüksək qiymətləndirir

BAXCP Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsi ilə bağlı imzalanan sazişləri yüksək qiymətləndirir
# 12 fevral 2007 13:59 (UTC +04:00)
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyətinin toplantısı keçirilib. APA-nın məlumatına görə, toplantıda Bakı-Tiflis-Axalkələk-Qars dəmir yolu layihəsinin həyata keçirilməsi ilə bağlı imzalanan sazişlər yüksək qiymətləndirilib. Partiya rəhbərliyi dəmir yolu xəttinin gerçəkləşdirilməsi istiqamətində görülən işləri böyük uğur adlandırıb. İdarə Heyəti BAXCP sədrinin seçki platformasında və partiyanın 2003-cü ildə təsdiq olunmuş fəaliyyət proqramında yer alan Azərbaycan-Türkiyə-Gürcüstan İttifaqı ideyasının bir daha gündəmə gətirilməsinin vacibliyini vurğulayıb. Toplantıda qeyd olunub ki, BAXCP sədrinin hər üç dövlətin Avropa Birliyi modelində bir qurumda birləşməsi təşəbbüsü ilə bağlı Gürcüstan prezidentinə göndərilən məktuba Mixail Saakaşvili dərhal reaksiya verib, Bakıya səfəri zamanı bu ideyanın regionun inkişafı üçün mühüm əhəmiyyət kəsb edəcəyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR