Bank Of Baku

Vəhdət Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib

Vəhdət Partiyası Siyasi Şurasının növbəti toplantısı keçirilib
# 12 fevral 2007 14:53 (UTC +04:00)
Azərbaycan Vəhdət Partiyası (AVP) Siyasi Şurasının növbəti toplantısı keçirilib. AVP sədri Tahir Kərimlinin APA-ya verdiyi məlumata görə, toplantıda Bakı-Tiflis-Qars dəmir yolu xəttinin gerçəkləşdirilməsi istiqamətində görülən işlər Azərbaycan dövlətinin uğuru kimi dəyərləndirilib. Siyasi Şura bu layihənin hərbi-siyasi əhəmiyyətinin daha önəmli olduğunu qeyd edib. Tədbirdə vurğulanıb ki, iqtisadi layihənin Azərbaycan-Gürcüstan-Türkiyə hərbi ittifaqı kimi davam etdirilməsi regionun təhlükəsizliyinə xidmət edə bilər. Toplantıda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovun Qarabağ münaqişəsinin həlli ilə bağlı son açıqlaması pislənib və partiya bununla bağlı bəyanat verib. Bəyanatda Qarabağ münaqişəsi ilə Kosovo probleminin həllini eyniləşdirilməsinin mümkünsüzlüyü qeyd olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR