Bank Of Baku

MSK 25 DSK-da yoxlamalara başlayıb

MSK 25 DSK-da yoxlamalara başlayıb
# 12 fevral 2007 15:03 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyası (MSK) bu gündən 25 Dairə Seçki Komissiyasında (DSK) monitorinqə başlayıb. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Monitorinqlər Naxçıvanda fəaliyyət göstərən DSK-larda, Bərdə, Tərtər, Goranboy, Ağdam, Xanlar, Samux, Şəmkir, Daşkəsən, Gədəbəy, Tovuz, Qazax, Ağstafada yerləşən seçki komissiyalarında aparılacaq. Yoxlamalar fevralın 16-da başa çatacaq. Əvvəlki monitorinqlərdə olduğu kimi DSK-ların yerləşdiyi binaların vəziyyəti, komissiya üzvlərinə əmək haqqı ödənilməsi cədvəli, maddi-texniki təchizat, seçici siyahılarına düşməmiş vətəndaşlar barədə məlumatların dəqiqləşdirilməsi, bir sıra seçki prosedurlarının həyata keçirilməsi zamanı sənədləşmə işi, hüquqi-normativ aktlarla təminat, vətəndaşların müraciətlərinin qeydiyyatı, onlara baxılması, həll edilməsi və digər istiqamətlərdə yoxlamalar aparılacaq. Qeyd edək ki, bu vaxta qədər MSK 100 DSK-da yoxlamanı başa çatdırıb. Hazırda MSK-da əvvəlki yoxlamaların nəticələri araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR