Bank Of Baku

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu fevralın 19-26-sını Türkiyədə “Xocalı həftəsi” elan edib

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu fevralın 19-26-sını Türkiyədə “Xocalı həftəsi” elan edib
# 13 fevral 2007 11:44 (UTC +04:00)
Bununla bağlı artıq tədbirlər planı da təsdiqlənib. Bu barədə APA-ya açıqlamasında məlumat verən baş konsul Səyyad Aran bildirib ki, fevralın 19-dan başlayaraq Xocalı faciəsi ilə bağlı Türkiyənin müxtəlif şəhərlərində tədbirlər keçiriləcək. Fevralın 21-də İzmit, fevralın 22-də Manisa, fevralın 23-də isə İzmirdə erməni vəhşiliyini pisləyən, Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün toplantılar keçiriləcək. Fevralın 25-də isə İstanbulun Taksim meydanında mitinq keçiriləcək. Mitinqdə Azərbaycan diasporunun nümayəndələri ilə yanaşı, Türkiyənin tanınmış ictimai xadimləri, millət vəkilləri də iştirak edəcək. Daha sonra İstanbulun Milli Təhsil Mərkəzində toplantı təşkil ediləcək. “Xocalı həftəsi” ərzində Türkiyə mətbuatında faciə ilə bağlı yazılar dərc ediləcək. S.Aran isə İzmirin “Sky” telekanalında Xocalı soyqırımı ilə bağlı canlı yayımda iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR