Bank Of Baku

YAP-ın Naxçıvan şəhər təşkilatının VI konfransı keçirilib

YAP-ın Naxçıvan şəhər təşkilatının VI konfransı keçirilib
# 13 fevral 2007 13:24 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan şəhər təşkilatının VI konfransı keçirilib. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Konfransda çıxış edən YAP Naxçıvan şəhər təşkilatının sədri Ələkbər Quliyev bildirib ki, hazırda YAP Naxçıvan şəhər təşkilatının 10182 üzvü var. Bunlardan 4986 nəfəri qadınlar, 4874-i isə gənclərdir. Hesabat dövrü ərzində 381 üzv müxtəlif səbəblərdən YAP Naxçıvan şəhər təşkilatının qeydiyyatından çıxarılıb ki, bunlardan da 341-i yaşayış və iş yerlərini dəyişənlərdir. Konfransda mandat komissiyasının hesabatı ilə əlaqədar komissiyanın sədri Aidə Əliyevanın məruzəsi dinlənilib. Təşkilatın hesabat dövrü ərzində gördüyü işlər qənaətbəxş hesab olunub. Təşkilat məsələləri müzakirə edildikdən sonra Ə. Quliyev 6-cı dəfə YAP Naxçıvan şəhər təşkilatının sədri seçilib. Bununla yanaşı, konfransda YAP Naxçıvan şəhər təşkilatının Siyasi Şurasına 31 nəfər, Nəzarət-Təftiş komissiyasının yeni tərkibində 5 nəfər, İdarə Heyətinə 13 nəfər nümayəndə seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR