Bank Of Baku

YAP icra katibinin müavini Siyavuş Novruzov: “Əli İnsanov yalan danışır”

YAP icra katibinin müavini Siyavuş Novruzov: “Əli İnsanov yalan danışır”
# 01 mart 2007 13:14 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun məhkəmə prosesində partiyanın ünvanına səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib. S. Novruzov Ə. İnsanovun partiyanın sonuncu qurultayında bəyanat verməsi ilə bağlı fikirlərini də təkzib edib: “Əksinə, qurultaydan bir gün əvvəl 2005-ci ilin martında partiya sədrinin yanında toplantı oldu. İdarə Heyətinin üzvləri müəyyən məsələlərə münasibət bildirdilər. Əli İnsanov da ölkə, dövlət və partiya ilə bağlı yox, bir-iki adamla bağlı şikayət xarakterli çıxış etmək istəyirdi. O zaman prezient “kimin xoşu gəlmirsə, qapı açıqdır, gedib müstəqil fəaliyyət göstərsin, istəyir müxalifətə keçsin, başqa işlə məşğul olsun” deyib, qapını göstərdi. Yəni hələ o zaman Əli İnsanova qapı göstərildi, amma ondan heç bir cavab gəlmədi. Kimsə partiyadan getmək istəsəydi, bunu İdarə Heyətinin bütün üzvləri görərdilər”. Ə. İnsanovun əsassız ittihamlar səsləndirdiyini bildirən S. Novruzovun sözlərinə görə, keçmiş nazir bu tipli fikirlər bildirməkdənsə, onunla bağlı ittihamlara cavab versə, yaxşı olar. Ə. İnsanovun müxalifətə keçməsi ilə bağlı bəyanatına münasibət bildirən millət vəkili “O, bununla heç nəyə nail ola bilməyəcək. Müxalifətdə olanlar nə edib ki, Əli İnsanov da müxalifətə keçib, nə isə etsin” deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR