Bank Of Baku

FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib

FHN Xızıda istirahət mərkəzlərində maarifləndirmə tədbirləri keçirib
# 20 iyun 2026 12:40 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Xızı rayonu ərazisində yerləşən meşə massivlərində və istirahət mərkəzlərində “Yanğın təhlükəsizliyi qaydaları” mövzusunda silsilə maarifləndirmə tədbirləri keçirib.

Nazirlikdən APA-ya verilən xəbərə görə, tədbirlərdə Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin aidiyyəti yerli qurumlarının əməkdaşları, yerli icra və özünüidarə orqanlarının nümayəndələri, istirahət mərkəzlərində çalışan və istirahət edən vətəndaşlar, həmçinin kənd sakinləri iştirak ediblər.

Tədbirlərdə vətəndaşlara müxtəlif məkanlarda, xüsusilə də meşə zolaqları və istirahət zonalarında mümkün yanğınların qarşısının alınması üçün zəruri profilaktik tədbirlər barədə geniş məlumat verilib, yanğınlar baş verdikdə təhlükəsiz davranış qaydaları izah olunub.

Suallar cavablandırılıb, vətəndaşlara mövzuya aid yaddaş kitabçası və maarifləndirmə xarakterli müxtəlif təbliğat materialları təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR