Bank Of Baku

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin biabırçı məktubuna cavab verilməyəcək”

Sərdar Cəlaloğlu: “Rəsul Quliyevin biabırçı məktubuna cavab verilməyəcək”
# 01 mart 2007 13:25 (UTC +04:00)
“Rəsul Quliyevin “Azadlıq” blokunun rəhbərlərinə ünvanladığı məktub çox biabırçı bir məktubdur. Ona görə də blok rəhbərləri bu məktuba hər hansı cavab vermək niyyətində deyillər”. Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu deyib. Onun sözlərinə görə, siyasi fəaliyyətlə məşğul olan insanın fikirləri və müraciətləri məntiqə əsaslanmalıdır: “Məktubda nə isə deyilməlidir, hansısa konkret məqsədlər olmalıdır ki, biz ona cavab verək. Heç bir mənası, məqsədi olmayan bir məktuba necə cavab vermək olar?”
AXCP sədri Əli Kərimli isə əvvəllər də “Azadlıq” blokunun daxilində belə yazışmalar aparıldığını söyləyərək son məktubun blokdaxili müzakirələr üçün nəzərdə tutulduğunu və mətbuata açıqlanmasına ehtiyac olmadığını bildirib. O, məktuba cavab verilib-verilməyəcəyi və blokun ADP ilə bağlı qərarına yenidən baxmaq fikri olub-olmadığı ilə bağlı sualları cavablandırmayıb.
Blokun Sədrlər Şurasının digər üzvü Lalə Şövkət Hacıyeva da APA-nın Rəsul Quliyevin məktubu və blokun ADP ilə bağlı qərarı mövzusunda suallarına cavab verməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR