Bank Of Baku

İsrail Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Bakıda səfərdədir

İsrail Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Bakıda səfərdədir
# 01 mart 2007 14:15 (UTC +04:00)
İsrail Xarici İşlər Nazirliyinin Bakıda səfərdə olan Siyasi Araşdırmalar Mərkəzinin iqtisadi və siyasi araşdırmalar bölməsinin başçısı Daniel Kutnerin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycanın Xarici İşlər Nazirliyində Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş dəyirmi masada iştirak edib. İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan rəsmiləri ilə görüşlər keçiriblər. Sabah D. Kutner Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda alimlər qarşısında mühazirə oxuyacaq. İsrail XİN-nin tərkib hissəsi olan Siyasi Araşdırmalar Mərkəzi nazirlik, hökumət və hərbi sahədə çalışan dövlət rəsmilərini Yaxın Şərq və beynəlxalq aləmdə baş verən hadisələr barədə müstəqil təhlil və analizlərlə təmin edir. /APA/.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR