Bank Of Baku

Sabah “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümündən iki il keçir

Sabah “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun ölümündən iki il   keçir
# 01 mart 2007 14:31 (UTC +04:00)
Elmar Hüseynov Fondu və Redaktorlar Birliyi sabah baş redaktorun qətlə yetirilməsinin ildönümü ilə bağlı dəyirmi masa keçirəcək. “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu və Konstitusiya Araşdırma Fondunun sədri Əliməmməd Nuriyev dünən tədbirlə bağlı xarici ölkələrin Azərbaycandakı səfirliklərinin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşüblər. Ş.Xuduoğlunun APA-ya verdiyi məlumata görə, bu çərçivədə onların Avropa Şurası baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsi Denis Briborsia, ABŞ-ın Azərbaycandakı səfirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Conatan Henkilə görüşü olub. Ş.Xuduoğlu iki il ötməsinə baxmayaraq, E.Hüseynovun qatillərinin cəzasız qalmasından narahat olduğunu bildirib: “Təəssüf ki, indiyədək istintaqda heç bir irəliləyiş əldə edilməyib. Ümid edirik ki, yaxın vaxtlarda istintaqla bağlı yeniliklər olacaq”.
Qeyd edək ki, E.Hüseynov 2005-ci il martın 2-də Nizami rayonu ərazisində yerləşən mənzilinin qarşısında güllələnərək qətlə yetirilib. Qətli törətməkdə təqsirləndirilən iki Gürcüstan vətəndaşı Teymuraz Əliyev və Tahir Xubanov barəsində beynəlxalq axtarış elan edilib. Cinayətdə iştirak edən şəxslərə saxta sənəd düzəltməkdə təqsirləndirilən Turqay Bayramov isə iki il müddətinə azadlıqdan məhrum olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR