Bank Of Baku

KXCP müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı Ədalət Partiyasına məktub göndərib

KXCP müxalifətin vahid güc mərkəzinin yaradılması ilə bağlı Ədalət Partiyasına məktub göndərib
# 01 mart 2007 14:49 (UTC +04:00)
“Əgər müxalifətin bu birliyi həqiqi olacaqsa, bir qrup partiyanın ittifaq yaratmaq cəhdini təqdir etmək olar”. Bu sözləri Ədalət Partiyasının sədri İlyas İsmayılov APA-ya bildirib. Onun sözlərinə görə, bir neçə gün öncə Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) onlara müxalifətin vahid güc mərkəzinin yaradılması barədə məktub daxil olub. Amma havaların qeyri-stabil keçməsi bu müraciətin Siyasi Şurada müzakirəsinə mane olub. İ.İsmayılov birliyin fəaliyyəti göstərib-göstərməyəcəyi haqda əvvəlcədən bir söz deyə bilməyəcəyini də söyləyib: “Hər halda, müraciət ediblər və biz də məsləhətləşmələrin tərəfdarıyıq. Partiyanın Siyasi Şurasında müzakirə edəcəyik. Ümumiyyətlə, arada yalan olmayacağı təqdirdə, insanların birliyinə yaxşı baxıram”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR