Bank Of Baku

Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasının 15 ili tamam olur

Bu gün Azərbaycanın Birləşmiş Millətlər Təşkilatına üzv qəbul olunmasının 15 ili tamam olur
# 02 mart 2007 08:04 (UTC +04:00)
APA-nın məlumatına görə, 1991-ci il oktyabrın 18-də Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olunub, bundan 11 gün sonra Azərbaycan Respublikasının Ali Soveti BMT-yə üzv qəbul olunmaq üçün rəsmi müraciət edib. BMT Baş Assambleyasının 1991-ci ilin dekabrında keçirilən 46-cı sessiyasında keçmiş sovet respublikalarının, o cümlədən Azərbaycanın bu quruma üzvlüyü ilə bağlı məsələ müzakirə olunsa da, yekun qərar qəbul edilməyib. BMT Baş Assambleyasının martın 2-də keçirilən iclasında isə quruma müraciətlər müzakirə olunub və postsovet respublikalarından Azərbaycan, Ermənistan, Moldova, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Tacikistan, Avropa dövlətlərindən isə San-Marino BMT-yə üzv qəbul edilib. Rusiya, Ukrayna və Belarus SSRİ-nin təsisçiləri və varisləri kimi 1945-ci ildən bu qurumun üzvü sayılırdılar, Baltikyanı respublikalar isə 1991-ci ilin 17 sentyabrında BMT sıralarına qoşulub. Sabiq sovet respublikalarından BMT-yə ən son qəbul edilən Gürcüstan olub. Zviad Qamsaxurdiya iqtidarının devrilməsi ilə əlaqədar ölkədə legitim hakimiyyət strukturları formalaşmadığına görə, BMT bu ölkənin üzvlük məsələsini bir qədər sonra 1992-ci il iyulun 31-də gerçəkləşdirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR