Bank Of Baku

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin bəyannamə layihəsinin bir çox məqamları razılaşdırılıb

Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinin bəyannamə layihəsinin bir çox məqamları razılaşdırılıb
# 02 mart 2007 08:08 (UTC +04:00)
27-28 fevral tarixlərində İranın paytaxtı Tehran şəhərində Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri və xüsusi səlahiyyətli nümayəndələrinin iştirakı ilə Xəzəryanı ölkələrin dövlət başçılarının II zirvə toplantısına hazırlıq məqsədilə görüş keçirilib. XİN-in Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, görüşə Xələf Xələfovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də qatılıb. Toplantıda Xəzəryanı ölkələrin dövlət başçılarının sammitinə hazırlıqla bağlı məsələlər, o cümlədən zirvə toplantısının bəyannamə layihəsi müzakirə edilib, bu istiqamətdə bir çox məsələlər üzrə razılıq əldə olunub. Görüşün nəticələri ilə bağlı məsləhətləşmələr davam etdiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR