Bank Of Baku

Lalə Şövkət Hacıyeva: “Rəsul Quliyevin “Azadlıq” blokunun ünvanına səsləndirdiyi ittihamlara cavab verməyə hazır deyiləm”

Lalə Şövkət Hacıyeva: “Rəsul Quliyevin “Azadlıq” blokunun ünvanına səsləndirdiyi ittihamlara cavab verməyə hazır deyiləm”
# 02 mart 2007 10:10 (UTC +04:00)
Bu sözləri APA-ya açıqlamasında Milli Birlik Hərəkatının lideri Lalə Şövkət Hacıyeva deyib. Məktubun mətbuata kim tərəfindən ötürülməsindən xəbərsiz olduğunu deyən L. Hacıyeva blok daxilində bu məsələni müzakirə edəcəklərini deyib: “Bununla bağlı ayrıca müzakirənin tərəfdarıyam. Rəsul Quliyevin məktubu açıq deyil, üç nəfərə ünvanlanmış məktub idi. Ona görə də bunun qəzetə çıxarılması xoşagəlməz haldır”. Məktubda R. Quliyevin blokun ünvanına səsləndirdiyi ittihamlara gəldikdə, L. Hacıyeva bu ittihamlara cavab verməyə hazır olmadığını bildirib: “ADP barədə mövqeyimi mətbuata açıqlamaq fikrində deyiləm. Bununla bağlı “Azadlıq” bloku artıq qərar verib”. Blokun qərarına yenidən baxılıb-baxılmayacağına gəldikdə, L. Hacıyeva məsələni yenidən müzakirə edəcəklərini bildirib.
Blokun Sədrlər Şurasının digər üzvü, ADP-nin bir hissəsinə rəhbərlik edən Sərdar Cəlaloğlu isə sözügedən məktubun məhz R. Quliyevin tərəfdarları tərəfindən mətbuata ötürüldüyünü deyib: “Biz də onun özünü necə biabır etdiyini göstərmək üçün məktubun çap olunmasına etiraz etmədik”. R. Quliyevi Azərbaycanda gedən proseslərin məntiqini tuta bilməməkdə ittiham edən S. Cəlaloğlu onun hadisələrə uydurma motivlərlə yanaşdığını qeyd edib. R. Quliyevin məktubda S. Cəlaloğlunun prezident seçkilərində Əli Kərimlini müdafiə edəcəyi ilə bağlı fikirlərinə münasibət bildirən TK sədri burada qeyri-adi bir şey görmədiyini bildirib: “Əli Kərimlinin prezidentliyə namizədliyini müdafiə etməyin nəyi pisdir?! Rəsul Quliyev də, Lalə xanım da prezidentlik iddiasındadır, kimisə müdafiə etmək lazımdır də... Vaxtilə biz də istəyirdik ki, Əli Kərimli Rəsul Quliyevin namizədliyini müdafiə etsin. Burada qəribə heç nə yoxdur”. ADP-dən qovulandan sonra R. Quliyevin avtomatik olaraq blokdan da çıxmış sayıldığını bildirən S. Cəlaloğlu hesab edir ki, keçmiş sədr “Azadlıq” blokunda günah axtarmamalıdır: “Rəsul Quliyev deyir ki, blokun proqram və ideyası yoxdur. Bəyəm, Rəsul Quliyevin proqram və ideyası var? On ildir, onun ideyası partiyada yalnız “piketə, mitinqə çıxın, mən gəlirəm”dən ibarət olub. Amerikadan oturub Azərbaycan haqqında yazmaq asandır. Əsas məsuliyyəti buradakılar daşıyırlar”. S. Cəlaloğlunun fikrincə, R. Quliyev blokun üzvü olmadığına görə, ümumiyyətlə, Sədrlər Şurasına məktub göndərməməli idi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR