Bank Of Baku

Səfir Zakir Həşimov: “Türkiyədə fəaliyyət göstərən diaspora təşkilatlarımızın Koordinasiya Şurasını yaratmaq ideyası var”

Səfir Zakir Həşimov: “Türkiyədə fəaliyyət göstərən diaspora təşkilatlarımızın Koordinasiya Şurasını yaratmaq ideyası var”
# 02 mart 2007 10:47 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycanın Türkiyədə fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov verib. Azərbaycan və türk diasporlarının ayrı-ayrılıqda fəaliyyət göstərməsinin bəzi çətinliklər törətdiyini deyən səfir bu qurumların birgə fəaliyyətinin daha məqsədəuyğun olduğunu bildirib: “Hazırda Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi bu işlərlə məşğuldur. Türkiyədə Azərbaycanla bağlı çoxlu sayda dərnəklər, diaspor qurumları fəaliyyət göstərir. Ötən il bu qurumların iştirakı ilə keçirilən iclasda belə bir təklif səsləndi ki, bu dərnəklər birləşərək vahid diaspora təşkilatı kimi federasiya şəklində fəaliyyət göstərsin. Hazırda Türkiyədə fəaliyyət göstərən bütün dərnəklərin birləşərək Koordinasiya Şurasının yaradılması məsələsi müzakirə olunur”. Ortadoğu Texniki Universitetində azərbaycanlı tələbələrlə solçu qruplar arasında baş verən insidentə münasibət bildirən səfir hazırda bununla bağlı heç bir problem qalmadığını deyib: “Hər şey sakitləşib, tələbələrimiz artıq universitetin rektor müavini ilə görüşüblər. Məsələ aydınlaşıb və heç bir problem qalmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR