Bank Of Baku

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin ikinci ildönümü ilə bağlı dəyirmi masa keçirilib

“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin ikinci ildönümü ilə bağlı dəyirmi masa keçirilib
# 02 mart 2007 11:47 (UTC +04:00)
“Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin ikinci ildönümü ilə bağlı dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, “Qanun” jurnalının baş redaktoru Şahbaz Xuduoğlu E. Hüseynovun qətli ilə bağlı istintaqın gedişindən narazı olduqlarını deyib. Müsavat Partiyasının başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli də Elmar Hüseynovla bağlı xatirələrini danışıb və mətbuata təzyiqlərin qarşısının alınması üçün siyasi təşkilatları birliyə dəvət edib. ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ann Dersi də cinayətkarların tapılmasına və cəzalandırılmasına çağırıb: “ABŞ dövlət katibinin demokratiya və insan hüquqları üzrə yardımçısı Barri Lovenkronun dekabrda Bakıya səfər edərkən dediyi kimi, “Elmar Hüseynov kimi jurnalistlərə qarşı hücumlar demokratiyanın özünə edilən hücumlardır. Azərbaycan öz iradəsi ilə özünə demokratik gələcək seçib. Mən Azərbaycan rəhbərliyini bu böyük məqsəd naminə səylərini ikiqat artırmağa və ədalətin öz yerini tutmasını təmin etməyə çağırıram. Elmar Hüseynovu tutun və mühakimə edin. Ona və azadlığa inanan hər bir kəsə hörmət edin”. Avropa Şurası Bakı ofisinin rəhbəri Denis Bribosia da qətli törədənlərin cəzalandırılmasını istəyib. D. Bribosianın sözlərinə görə, bu məsələnin ədalətlə həll olunacağına inanır. Müstəqil jurnalist Azər Həsrət E. Hüseynovun qətlində beynəlxalq təşkilatlarında günahkar olduğunu vurğulayıb: “Elmarı həm də Avropa Şurası, ABŞ Dövlət Departamenti və digər beynəlxalq qurumlar qətlə yetirib. Çünki adıçəkilən və çəkilməyən beynəlxalq qurumlar Elmarın qətlinin üstünün açılması ilə bağlı heç bir yetərli addım atmayıblar”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR