Bank Of Baku

Azərbaycan zabiti Ramil Səfərov hələlik təcridxanadan Cəzaçəkmə Müəssisəsinə köçürülməyib

Azərbaycan zabiti Ramil Səfərov hələlik təcridxanadan Cəzaçəkmə Müəssisəsinə köçürülməyib
# 02 mart 2007 12:42 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Ramil Səfərovun atası Sahib Səfərov ötən gün oğlu ilə danışdığını deyib. S. Səfərov oğlunun sağlıq durumunun normal olduğunu, yaxın günlərdə təcridxanadan köçürüləcəyini söyləyib: “Ramil özü də nə vaxt cəzaçəkmə müəssisəsinə köçürüləcəyini bilmir”. Oğlu ilə görüşmək niyyətində olduğunu söyləyən S. Səfərov səhhətində yaranmış problemlər səbəbindən hələlik Budapeştə gedə bilmədiyini vurğulayıb: “Səhhətimdəki problemlər düzələndən sonra Ramillə görüşmək üçün Budapeştə gedəcəyəm”. O, Budapeştə getmək üçün maliyyə probleminin olmadığını da söyləyib.
R. Səfərovun ailəsinin və Müdafiə Nazirliyinin nümayəndəsi İkram Şirinov da APA-ya açıqlamasında azərbaycanlı zabitin cəzaçəkmə müəssisəsinə nə zaman köçürüləcəyinin hələlik bəlli olmadığını deyib.
Qeyd edək ki, erməni zabiti Qurgen Marqaryanı qətlə yetirməkdə ittiham olunaraq, ömürlük həbs cəzasına məhkum edilmiş R. Səfərov barəsində Budapeşt şəhər Məhkəməsi tərəfindən çıxarılmış hökmü Apellyasiya Məhkəməsi qüvvədə saxlayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR