Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Azərbaycanda narkotik maddələrdən istifadə aşağı səviyyədədir”

ABŞ Dövlət Departamenti: “Azərbaycanda narkotik maddələrdən istifadə aşağı səviyyədədir”
# 02 mart 2007 12:52 (UTC +04:00)
Sənəddə bildirilib ki, Azərbaycanın bu sahədəki əsas problemi narkotik qaçaqmalçılığı prosesində bu ölkənin ərazisindən tranzit kimi istifadə olunmasıdır: “Azərbaycan Əfqanıstan və Mərkəzi Asiyadan Qərbi Avropaya, İrandan Rusiya və Qərbi Avropaya narkotik tranziti marşrutu üzərində yerləşir. Ölkədə narkotik maddələrdən istifadə və bu məhsulların becərilməsi aşağı səviyyədədir. Ölkənin cənubunda qeyri-qanuni olaraq az miqdarda həşiş və xaş-xaş becərilir”. Hesabatda bildirilib ki Əfqanıstandan çıxarılan narkotiklər dörd əsas marşrut üzrə hərəkət edir:
1. Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Qərbi Avropa;
2. Əfqanıstan-İran-Azərbaycan-Ermənistan-Gürcüstan-Qərbi Avropa;
3. Əfqanıstan-İran-Azərbaycan-Rusiya;
4. ƏfqanıstanMərkəzi Asiya-Xəzər Dənizi-Azərbaycan-Gürcüstan-Qərbi Avropa.
Hesabata əsasən, iranlı və digər narkotik maddələr tacirləri sərhəd keçid məntəqələrinin yaxşı təlimatlandırılmaması və təchiz olunmamasından istifadə edir: “Azərbaycanda qeyri-qanuni olaraq əsasən, heroin, çətənə, və həşiş istifadə edilir. Rəsmi məlumatlara görə, ölkədə 18.000 narkotik, əsasən də geroin istifadəçisi var. Qeyri-rəsmi məlumatlara görə, bu rəqəm 180.000-200.000 nəfər arasındadır. Bunların 30-35 faizi tələbədir. Narkotik istifadəçiləri arasında gənc qadınların da sayı artır”. Sənəddə bildirilib ki, ABŞ-la Azərbaycan arasında hüquq-mühafizə orqanlarına yardım istiqamətində əməkdaşlıq davam edəcək. Bu əməkdaşlıq proqramlarına ölkənin hüquq-mühafizə orqanları əməkdaşlarının təlimatlandırılması, təcrübə mübadiləsi, narkotiklərə qarşı mübarizə proqramları daxilidir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR