Bank Of Baku

“Azadlıq” bloku digər partiyalarla da əməkdaşlıq edəcək

“Azadlıq” bloku digər partiyalarla da əməkdaşlıq edəcək
# 29 mart 2007 14:58 (UTC +04:00)
Apreldən başlayaraq “Azadlıq” bloku digər müxalifət partiyaları ilə inteqrasiyanın təmin olunması üçün konkret təkliflərlə çıxış edəcək. Bu barədə APA-ya blokun üzvü olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Həsən Kərimov məlumat verib. Hazırda blokun qarşısında dayanan əsas məqsədin Seçki Məcəlləsinin dəyişdirilməsi, seçki komissiyalarının paritet əsaslarla təşkil edilməsi və sərbəst toplaşmaq azadlığının bərpası olduğunu bildirən H. Kərimov bu istiqamətdə mövqeləri üst-üstə düşən bütün partiyalarla əməkdaşlığa cəhd edəcəklərini vurğulayıb: “Biz bununla bağlı öz daxilimizdə araşdırmalar aparmışıq və fikirlərimiz üst-üstə düşən partiyalar var. Bu məqsədlə həmin partiyalara rəsmi müraciətlər edilə bilər”. H. Kərimov hələlik həmin partiyaların adlarını açıqlamağa ehtiyac görmədiyini qeyd edib. O, “Azadlıq” blokunun gələcəkdə genişləndirilməsini də istisna etməyib: “Biz 2008-ci il üçün qarşımıza ciddi məqsədlər qoymuşuq və hazırkı situasiyanı tamamilə dəyişməkdə qərarlıyıq. Buna görə də səmimi müxalif mövqe göstərən, mövcud hakimiyyətin dəyişməsini istəyən və Azərbaycan maraqlarına xidmət edən bütün qüvvələrlə əməkdaşlıqda maraqlıyıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR