Bank Of Baku

Siyavuş Novruzov: “YAP-da heç bir parçalanma və qarşıdurma yoxdur”

Siyavuş Novruzov: “YAP-da heç bir parçalanma və qarşıdurma yoxdur”
# 29 mart 2007 15:42 (UTC +04:00)
“YAP-da heç bir parçalanma və qarşıdurma yoxdur. Sadəcə, YAP-ın nizamnamə tələblərinə cavab verməyən üzvlər haqda ölçü götürülüb. Bu mənada Sirus Təbrizlinin əsassız ittihamlarının YAP-a heç bir aidiyyəti yoxdur və həqiqətə uyğun deyil”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında YAP icra katibinin müavini Siyavuş Novruzov bildirib. O, S. Təbrizlinin partiyadan çıxarılmasının YAP-a zərbə vuracağı haqda deyilənləri də həqiqətəuyğun hesab etməyib: “YAP-ın Siyasi Şurasının 93 üzvünün iştirakı ilə toplantı keçirilib. Sirus Təbrizlinin barəsində yekdilliklə qərar qəbul edilib. Kiminsə YAP-ın adından istifadə etmək istəyi mümkün olmayacaq. Sirus Təbrizlinin nə istədiyini isə hələ indiyə qədər başa düşmək mümkün olmayıb. Burada kənar əllərin olmasını da istisna etmirəm. Hər dəfə müəyyən qüvvələr YAP-ın mövqelərini zəiflətmək istəyirlər. Ola bilər ki, bəzi xarici qüvvələr və ya kəşfiyyat orqanları hansısa variantlarla partiyanın nüfuzuna təsir etmək istəyir. Amma bu, mümkün olan deyil. Çünki partiyanın idarəetmə mexanizmi demokratikdir və həm də ciddi nizam-intizama tabedir”. S. Novruzov müxalifətin S. Təbrizlidən bəhrələnməsi cəhdlərinə də münasibət bildirib: “Sirus Təbrizlinin müxalifətə keçmək istəyi bizim üçün əhəmiyyətli məsələ deyil. İndi müxalifət özü nə gündədir ki, Sirus Təbrizli də ora keçib nəsə etsin? Əksinə, müxalifətin nümayəndələri açıq və ya gizli şəkildə bizimlə əməkdaşlığa cəhd edir. Yəni bu gün kimsə Azərbaycan müxalifətinin vəziyyətinə baxıb orada fəaliyyət göstərmək istəyirsə, o adam özü haqda ciddi düşünməlidir. İkincisi, YAP sədri həmişə deyir ki, kim bu siyasəti bəyənmirsə, qapı açıqdır, gedə bilər”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR