Bank Of Baku

31 mart Azərbaycanlıların soyqırımı günü bir çox ölkələrdə qeyd olunacaq

31 mart  Azərbaycanlıların soyqırımı günü bir çox ölkələrdə qeyd olunacaq
# 29 mart 2007 15:44 (UTC +04:00)
Bu barədə APA-ya Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, Amerika-Azərbaycan Cəmiyyəti azərbaycanlıların soyqırımı günü ilə bağlı tədbirlər keçirməyi planlaşdırır. Artıq bu məqsədlə təşkilat xüsusi məlumat hazırlayaraq ABŞ Konqresinin bütün üzvlərinə göndərib. ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən Azərbaycan Nyu-York Assosiasiyası ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımını tanıtmaq məqsədi ilə şəhərin mərkəzi küçələrində yürüş keçirməyi nəzərdə tutub. Bundan başqa ABŞ-ın Hyuston, Los-Anceles, San-Fransisko, San-Xose və Mayami şəhərlərində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları da bir sıra anma mərasimləri keçirəcəklər. Ümumrusiya Azərbaycan Konqresinin təşəbbüsü ilə Rusiyanın Moskva, Sankt-Peterburq, Çeboksarı, Nijni-Novqorod, Volqoqrad, Yekaterinburq, Ulan-Ude, Novosibirsk, Xabarovsk və digər iri şəhərlərində geniş tədbirlərin keçirilməsi nəzərdə tutulub. Ukrayna Azərbaycanlıları Konqresinin təşəbbüsü ilə Kiyev şəhərində yerləşən Ermənistan səfirliyinin binası qarşısında piket keçirilməsi də planlaşdırılıb. Sabah Minskdə Azərbaycanın Belarusdakı səfirliyinin və Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə 31 martla bağlı anma tədbiri keçiriləcək. 31 martda Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası tərəfindən Sabancı Kültür Mərkəzində azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə konfrans baş tutacaq. Şimali Kİprin Doğu Akdeniz Universitetində də 31 mart - Azərbaycanlıların soyqırımı günü qeyd ediləcək. Gürcüstanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi 31 mart - Azərbaycanlıların soyqırımı günü münasibətilə Marneuli şəhərində tədbir keçirməyi planlaşdırıb. Tədbirdə soydaşlarımızla yanaşı Gürcüstanda yaşayan digər millətlərin nümayəndələrinin iştirakı da gözlənilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR