Bank Of Baku

Taliyət Əliev: “ADP YAP sədrinə müraciəti partiyaya deyil, Prezident Aparatına göndərib”

Taliyət Əliev: “ADP YAP sədrinə müraciəti partiyaya deyil, Prezident Aparatına göndərib”
# 29 mart 2007 16:12 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası iddia edir ki, Yeni Azərbaycan Partiyasının sədrinə müraciət ünvanlayıb. Adətən belə məsələlərdə müraciətlər partiya sədrinə çatırsa, onun tərəfindən İdarə Heyətinə göndərilir”. APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bildirib. S. Novruzovun sözlərinə görə, bu günə qədər İdarə Heyətinə belə müraciət daxil olmayıb. Azərbaycan Demokrat Partiyası (ADP) Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Taliyət Əliyev isə APA-ya açıqlamasında bu günə qədər YAP sədrinin ünvanına ADP tərəfindən iki müraciət göndərildiyini iddia edib. O, müraciətlərin Prezidentin İcra Aparatına təqdim edildiyini də söyləyib: “İlham Əliyev ölkə prezidenti olduğundan, müraciəti Prezidentin İcra Aparatına göndərməyi məqsədəuyğun hesab etdik. Bu mənada Siyavuş Novruzovun fikirləri məsələdə anlaşılmazlıq yaradır. İndiyə qədər müraciətlərə cavab verilməməsinə təəssüflənirik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR