Bank Of Baku

Litva səfiri Kestutis Kudzmamas etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib

Litva səfiri Kestutis Kudzmamas etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib
# 29 mart 2007 16:50 (UTC +04:00)
Xarici işlər naziri Elmar Məmmədyarov Litvanın ölkəmizə yeni təyin olunmuş səfiri Kestutis Kudzmaması qəbul edib. Xarici İşlər Nazirliyinin Mətbuat Mərkəzindən APA-ya verilən məlumata görə, etimadnaməsinin surətini nazirə təqdim edən səfir K. Kudzmamas Cənubi Qafqaz ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinin Litvanın xarici siyasətinin prioritetlərindən birini təşkil etdiyini deyib. O, ölkəsi tərəfindən Bakıda səfirliyin açılmasının buna bilavasitə sübut olduğunu diqqətə çatdıraraq, Azərbaycan səfirliyinin qısa zaman ərzində açılacağına ümidvar olduğunu bildirib. Nazir Elmar Məmmədyarov da öz növbəsində qonağı ölkəmizə səfir təyin olunması münasibətilə təbrik edib, ikitərəfli münasibətlərin inkişafında mühüm məqamları xatırladıb. Nazir Litva prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq, bu səfər nəticəsində əməkdaşlıq üçün geniş perspektivlərin yarandığını qeyd edib. Litva səfiri iqtisadi sahədə əlaqələrin genişləndirilməsini zəruri sayaraq, birgə biznes forumun keçirilməsini, iqtisadi təcrübə mübadiləsi təkliflərini irəli sürüb. K. Kudzmamas Litvanın yeni texnologiyalar və nou-hauların ixracında keçmiş Sovet respublikaları arasında lider olduğunu nəzərə alaraq, bu sahədə də əməkdaşlığın qurulmasına imkanlar olduğunu nəzərə çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR