Bank Of Baku

ABŞ-ın ATƏT-dəki səfiri ictimai təşkilatların və siyasi partiyaların rəhbərləri ilə görüşüb

ABŞ-ın ATƏT-dəki səfiri ictimai təşkilatların və siyasi partiyaların rəhbərləri ilə görüşüb
# 29 mart 2007 16:54 (UTC +04:00)
ABŞ-ın ATƏT-dəki səfiri Culi Finli bu gün ABŞ-ın Azərbaycandakı səfiri Ann Dersinin iqamətgahında ictimai təşkilatların və siyasi partiyaların rəhbərləri ilə görüşüb. APA-nın məlumatına görə, görüşdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov və ATƏT-in Bakı ofisinin rəhbəri Xose-Luis Herrero iştirak ediblər. Görüşdən sonra mətbuata hər hansı açıqlama verilməyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR