Bank Of Baku

Gürcüstanın BMT-də daimi nümayəndəliyinin rəhbəri İrakli Alasaniya: “Kosovo modeli Cənubi Qafqazda münaqişələrin həlli üçün presedent ola bilməz”

Gürcüstanın BMT-də daimi nümayəndəliyinin rəhbəri İrakli Alasaniya: “Kosovo modeli Cənubi Qafqazda münaqişələrin həlli üçün presedent ola bilməz”
# 30 mart 2007 08:48 (UTC +04:00)
APA-nın ABŞ bürosunun məlumatına görə, Alasaniya çıxışı zamanı Kosovo münaqişəsinin həll metodunun presedent olmadığını, bu presedentin nə Dağlıq Qarabağ, nə Abxaziya, nə də Cənubi Osetiya münaqişələrinə tətbiq edilməməli olduğunu deyib. Görüşdən sonra APA-nın ABŞ bürosuna açıqlama verən Alasaniya bəzi ölkələrin təkidinə baxmayaraq, Gürcüstanın ümumiyyətlə, bu modelə əsasında danışıqlarda iştirakdan imtina etdiyini deyib. Cənab Alasaniya ABŞ, Avropa Birliyi və digər beynəlxalq qurumların rəsmi Tiflisin bu mövqeyi dəstəklədiyini vurğulayıb. Harvard Universitetində Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı çıxış edən səfir auditoriyanın diqqətinə Azərbaycan rəhbərliyinin keçən ilin soyuq qış aylarında Gürcüstanın enerji daşıyıcıları ilə təminatında göstərdiyi yardımı xüsusi vurğulayıb. İrakli Alasaniya Azərbaycan prezidenti İlham Əliyevin bu addımını “siyasi cəsarət” adlandırıb. Onun sözlərinə görə, bu addım Gürcüstanın daxilində vəziyyətin gərginləşməsini istəyən qüvvələrin qarşısını alıb. Azərbaycanla Gürcüstan arasında olan münasibətləri regional əməkdaşlığın gözəl nümunəsi adlandıran Alasaniya rəsmi Bakının bundan əvvəl də tale yüklü anlarda onlara dəstək verdiyini deyib. O, digər əməkdaşlıq nümunəsi kimi QUAM-ın təşəbbüsü ilə hazırlanan “Postsovet məkanında dondurulmuş münaqişələr barədə” qətnamə layihəsi üzərində BMT Baş Assambleyada aparılan birgə işi göstərib. İrakli Alasaniya hazırda BMT-yə üzv ölkələr ilə intensiv məsləhətləşmələrin aparıldığı və qətnamə layihəsinin mətninin dəqiqləşdirildiyini vurğulayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR