Bank Of Baku

DSK-lar seçici siyahılarını MSK-ya təqdim edib

DSK-lar seçici siyahılarını MSK-ya təqdim edib
# 30 mart 2007 09:59 (UTC +04:00)
Bütün Dairə Seçki Komissiyaları (DSK) seçici siyahılarını Mərkəzi Seçki Komissiyasının (MSK) nəzdində olan “Seçkilər” İnformasiya Mərkəzinə təqdim edib. Bu barədə APA-ya mərkəzin rəhbəri İqbal Babayev məlumat verib. Hazırda mərkəzə daxil olmuş siyahıların araşdırıldığını və siyahıya salınmış yeni şəxslərin adlarının qurumun internet səhifəsinə yerləşdirildiyini bildirən İ. Babayev seçicilərin sayının hələlik tam bəlli olmadığını bildirib: “Bu proses yaxın iki həftə müddətində davam edəcək və seçicilərin siyahısı dəqiq bilinəcək. Bundan sonra isə MSK qanunvericiliyə uyğun olaraq mayın sonuna kimi siyahıları təsdiq etməlidir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR