Bank Of Baku

Sabah Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək

Sabah Müsavat Partiyası Məclisinin toplantısı keçiriləcək
# 30 mart 2007 10:09 (UTC +04:00)
Sabah Müsavat Partiyası Məclisinin növbəti iclası keçiriləcək. Bu barədə APA-ya məlumat verən Məclis sədri Sülhəddin Əkbərin sözlərinə görə, saat 11.00-da başlayacaq iclas mətbuat üçün açıq olacaq. Toplantının gündəliyinin Divanda müəyyənləşdiyini bildirən S. Əkbər partiya başqanının məruzə ilə çıxış edəcəyini və Məclisdə boş qalmış yerlərə seçkilərin keçiriləcəyini deyib. O, prezident seçkiləri ilə bağlı müzakirə aparılmasının nəzərdə tutulmadığını söyləyib: “Amma ola bilər ki, partiya başqanı çıxışında bu məsələ ilə bağlı fikirlərini açıqlasın”. S. Əkbər 2008-ci ildə keçiriləcək prezident seçkilərinə indidən hazırlaşmağın tərəfdarı olduğunu desə də, partiyanın hələlik buna hazır olmadığını bildirib: “Prezident seçkiləri ilə bağlı fərqli fikirlər mövcuddur. Partiyada alternativ fikir ondan ibarətdir ki, indiki məqamda ölkədə demokratik şəraitin yaradılması, seçki komissiyalarının tərkibinin paritet əsaslarla formalaşdırılması və sərbəst toplaşmaq azadlığının bərpa olunması istiqamətində fəaliyyət göstərmək lazımdır. Ən başlıca səbəb kimi isə vaxt amili önə çəkilir ki, seçkilərə xeyli zaman var. Amma mən öz fikrimdə qalıram ki, seçkilərə indidən hazırlaşmaq lazımdır”. Məclisin iclasında ötən toplantılarda baş verən qalmaqalların yenidən təkrarlanması ehtimalına gəldikdə, S. Əkbər bu barədə konkret fikir söyləməyib: “Məclisin iclasında hər zaman açıq müzakirələr gedib və qurum üzvləri öz fərqli fikirlərini ortaya qoyublar. Biz də qaldırılan problemlərin həllinə çalışırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR