Bank Of Baku

Həsrət Rüstəmov: “ADP dialoq təklifi ilə yenidən hakimiyyətə müraciət etmək niyyətində deyil”

Həsrət Rüstəmov: “ADP dialoq təklifi ilə yenidən hakimiyyətə müraciət etmək niyyətində deyil”
# 30 mart 2007 10:50 (UTC +04:00)
“Azərbaycan Demokrat Partiyası dialoq təklifi ilə yenidən hakimiyyətə müraciət etmək niyyətində deyil. Biz bir dəfə müraciət etmişik və bunun cavabını gözləyirik”. Bu sözləri APA-ya açıqlamasında Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov bildirib. YAP təmsilçilərinin dialoq təklifi ilə partiyaya hər hansı müraciətin daxil olmaması ilə bağlı açıqlamalarına münasibət bildirən H. Rüstəmov bildirib ki, onlar müraciəti partiyanın sədrinə ünvanlayıblar: “YAP sədri İlham Əliyev də dəfələrlə müxalifətlə dialoq barədə bəyanatla çıxış edib və biz məhz bu bəyanatları və prezidentin son dövrlər atdığı müsbət addımları əsas götürərək, bu təklifə dəstək vermişik. İndi digər YAP təmsilçiləri müraciətimizdən xəbərsiz olduqlarını bildirirlərsə, biz bunu dialoq prosesindən qaçmaq kimi qiymətləndiririk”. H. Rüstəmov ölkə daxilində mövcud problemlərin həlli üçün dialoqun ideal variant olduğunu bildirib və bunun üçün lazım olan bütün mümkün addımları atacaqlarını vurğulayıb. Sədr müavini hesab edir ki, prosesin baş tutub-tutmaması qarşı tərəfdən asılıdır: “Biz müxalifətin tutduğu mövqe ilə heç bir problemin həll olunmadığını gördükdən sonra taktikamızda dəyişiklik etmişik. Amma bu bizim müxalifət mövqeyindən çəkinməyimiz deyil. Müxalifət mövqeyində qalırıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR