Bank Of Baku

Milli Məclisdə 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib

Milli Məclisdə 31 mart soyqırımı qurbanlarının xatirəsi yad edilib
# 30 mart 2007 12:41 (UTC +04:00)
Milli Məclisin bugünkü iclası 1918-ci il martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımın qurbanlarının xatirəsini yad etməklə başlayıb. APA-nın məlumatına görə, iclasda çıxış edən deputatlar soyqırımı qurbanlarının xatirəsinin bu günə kimi əbədiləşdirilməməsini mənfi hal kimi qiymətləndiriblər. Deputat Cəmil Həsənli 31 mart - Azərbaycanlıların soyqırımı gününün qeyd olunması ilə bağlı prezident sərəncamından 9 il keçməsinə baxmayaraq, Milli Təhlükəsizlik Nazirliyindən başqa heç bir dövlət qurumunun bununla bağlı ciddi iş görmədiyini deyib. O, soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılmamasını mənfi qiymətləndirib. Bu mövqeyi bölüşən Asim Mollazadə 31 mart soyqırımı qurbanlarının unudulmamalı olduğunu deyib. Spiker Oqtay Əsədov bu fikirlərlə razılaşaraq 31 mart soyqırımı qurbanlarının anılması ilə bağlı tədbirlərin daha da gücləndirilməsinə tərəfdar olduğunu deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR