Bank Of Baku

Azərbaycan YUNESKO-nun fakt-araşdırıcı missiyasına təqdim etmək üçün siyahı hazırlayıb

Azərbaycan YUNESKO-nun fakt-araşdırıcı missiyasına təqdim etmək üçün siyahı hazırlayıb
# 30 mart 2007 12:56 (UTC +04:00)
APA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazirin sözlərinə görə, bu cür neqativ hallarla mübarizə sahəsi o qədər də geniş deyil: “Biz müxtəlif təşkilatlara bu narazılığımız bildiririk. Ancaq bizim Ağdamda və ya Qərbi Azərbaycanda aparılan bu işləri saxlamaq üçün təzyiq vasitəmiz yoxdur”. Nazirin sözlərinə görə, artıq işğal olunmuş Azərbaycan torpaqlarında memarlıq və digər mədəni irsin dağıdılması ilə bağlı lazımi faktlar tərtib edilib: “YUNESKO-nun fakt-araşdırıcı missiyanın gəlişi zamanı tərtib etdiklərimiz sənədlər onlara təqdim olunacaq. Missiyaya Azərbaycan xalqına məxsus olan mədəniyyətin erməni işğalçıları tərəfindən dağıdıldığını faktlarla göstərməliyik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR