Bank Of Baku

Azərbaycanlıların soyqırımından bəhs edən klipin təqdimat mərasimi keçirilib

Azərbaycanlıların soyqırımından bəhs edən klipin təqdimat mərasimi keçirilib
# 30 mart 2007 12:57 (UTC +04:00)
“İrəli!” Ümumrespublika Gənclər Hərəkatı və Türkiyənin “Samanyolu” Televiziyasının təşkilatçılığı ilə hazırlanan və azərbaycanlıların soyqırımından bəhs edən klipin təqdimat mərasimi keçirilib. APA-nın məlumatına görə, “Samanyolu-Azərbaycan” Televiziyasının icraçı direktoru Halil İbrahim Seyhan bildirib ki, klipin çəkilişini türkiyəli prodüser Tolqa Erenerin rəhbərliyi ilə “Filmcoloni” şirkəti həyata keçirib. Rejissor və operator funksiyasını isə Cihan Yılmaz yerinə yetirib. Klipdə səslənən musiqi əsərinin müəllifi John Villiams, improvizasiya ideyasının müəllifi isə Rövşən Əmrahovdur. Əsər “Xəzər dalğaları” orkestri tərəfindən ifa edilib. Buraya Elşən Mansurovun ifasında kamança, Alim Qasımov və Fərqanə Qasımovanın ifasında muğam nümunələri əlavə olunub. “İrəli!” Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçisi Ceyhun Osmanlı klipin dünyanın bir neçə ölkəsində nümayiş etdiriləcəyini deyib: “Layihə çərçivəsində “Faciənin tarixi” adlı kitab da nəşr olunub”. Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və Ombudsman Elmira Süleymanova erməni yalanlarının üzə çıxarılması üçün belə layihələrin davamlı həyata keçirilməsinin zəruri olduğunu deyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR