Bank Of Baku

Rafael Hüseynov: “Andres Herkel obyektiv deyil”

Rafael Hüseynov: “Andres Herkel obyektiv deyil”
# 30 mart 2007 13:10 (UTC +04:00)
“Azərbaycanın Avropa Şurası qarşısında götürtdüyü öhdəliklər geniş çərçivədə yerinə yetirilib. Bu fakt Azərbaycan üzrə məruzəçilərin hazırladıqları məruzələrindən də aydın görünür. Ayrı-ayrı öhdəliklərlə bağlı isə məruzəçilərin özlərinin düşüncələri ola bilər, amma bu o demək deyil ki, öhdəliklərin böyük əksəriyyəti yerinə yetirilməyib”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü Rafael Hüseynov qurumun Azərbaycan üzrə həmməruzəçilərinin hazırladıqları məruzələrdə yer alan tənqidi məqamları şərh edərkən deyib. Deputat bildirib ki, AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel əvvəllər də obyektiv mövqedə olmayıb. R. Hüseynov deyib ki, çıxış edərkən mücərrəd ittihamlar səsləndirmək əvəzinə faktlarla danışmaq lazımdır: “Əgər hansısa insana qarşı haqsızlıqlar varsa, onun araşdırılması üçün Azərbaycandan kənarda da instansiyalar var”. Deputat, həmçinin, Azərbaycanda medianın vəziyyətinin bir çox ölkələrindəkindən yaxşı olduğunu bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR