Bank Of Baku

Qarabağ Azadlıq Təşkilatı erməni terror təşkilatlarının fəaliyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Qarabağ Azadlıq Təşkilatı erməni terror təşkilatlarının fəaliyyəti ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib
# 30 mart 2007 14:33 (UTC +04:00)
Qarabağ Azadlıq Təşkilatı (QAT) erməni terror təşkilatlarının fəaliyyəti ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına, İslam Konfransı Təşkilatına, Avropa Şurası Parlament Assambleyasına və dünya dövlətlərinin parlamentlərinə müraciət edib. QAT mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə erməni təşkilatlarının və Ermənistan hakimiyyətinin terrorçuluq fəaliyyətinə diqqət yönəldilib: “100 ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı soyqırım, etnik təmizləmə və terror siyasəti yeridilir. 1905-1906-cı illərdə erməni terror təşkilatları Azərbaycan torpaqlarında - Qarabağ, İrəvan, Zəngəzur, Göyçə və digər ərazilərdə 150-dən artıq kəndi dağıdıb, minlərlə insanı məhv edib, on minlərlə insanı öz yerlərindən qovub çıxardıb. 1918-ci il avqustun 31-də Ermənistan hökuməti beynəlxalq birliyin təzyiqləri altında bu cinayətləri etiraf etməyə, yalnız həmin ilin birinci yarısında Qafqazda 400 min azərbaycanlını, 120 min gürcünü, 22 min ləzgini, 15 min kürdü qətlə yetirdiklərini rəsmən etiraf etməyə, bu cinayətləri törədənləri cəzalandıracaqlarına söz verməyə məcbur olub. 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı soyqırım və etnik təmizləmə siyasətinin yeni mərhələsi başlanıb, nəticədə 250 min nəfərdən artıq azərbaycanlı Ermənistandan çıxarılıb, bu zaman 216 nəfər xüsusi qəddarlıqla öldürülüb, o cümlədən Xocalı, Qaradağlı, Meşəli qətliamları törədilib. Bu dövr ərzində ermənilər tərəfindən Azərbaycanda 30-dan artıq dəhşətli terror aktı törədilib, 2 mindən artıq dinc əhali bu terror aktlarının qurbanı olub”. QAT beynəlxalq təşkilatları bu faktları nəzərə almağa çağırıb və bu qurumlardan erməni terrorunun qarşısını almağı tələb edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR