Bank Of Baku

Hamlet Muradov: “Əziz Tamoyan dünya yezidilərinin lideri deyil, Serj Sərkisyanın əlinə işləyən fırıldaqçıdır”

Hamlet Muradov: “Əziz Tamoyan dünya yezidilərinin lideri deyil, Serj Sərkisyanın əlinə işləyən fırıldaqçıdır”
# 02 aprel 2007 14:10 (UTC +04:00)
APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Hamlet Muradov dünya yezidi kürdlərinin liderinin Taşin bəy olduğunu deyib və Əziz Tamoyan fırıldaqçı və Ermənistan Müdafiə Nazirliyinə işləyən şəxs adlandırıb. “O, erməni ordusunda kürdlərin təhqir olunması faktlarından şəxsi maraqları üçün istifadə edərək faydalanır. Kürdləri ermənilərin avantürasına xidmət etməyə yönəldir”. Ermənistanda fəaliyyət göstərən Kürdüstan Komitəsinin rəhbəri Çərkəz Maroyan da “Dağlıq Qarabağ Respublikasının keçmiş müdafiə naziri”, hazırda “Daşink” partiyasının sədri Samvel Babayanın “Dünya yezidilərin milli birliyi”nin fəxri üzvü seçilməsinə diqqəti çəkərək, Əziz Tamoyanın fəaliyyətinin kürdlər arasında parçalanma yaratdığını vurğulayıb. Çərkəz Maroyanın sözlərinə görə, Əziz Tamoyan dəfələrlə ondan erməni ordusunda kürdlərin incidilməsi barədə məlumatları yaymamağı tövsiyə edib, buna əməl edəcəyi təqdirdə Serj Sarkisyanın himayəsi altında ola biləcəyini deyib. Çərkəz Maroyan bildirib ki, onlar heç vaxt Serj Sarkisyanın, Samvel Babayanın kürdlər barədə mütəmadi alçaldıcı fikirlər söyləmələrini unutmayacaqlar. Xatırladaq ki, yanvarın 28-də erməni ordusunun 15 illiyi ilə əlaqədar keçirilən tədbirlərdə müdafiə naziri Serj Sarkisyan “yezidilərin intellektual səviyyəsi aşağı olduğundan mülki həyatda olduğu kimi orduda özlərinə uyğun sahədə istifadə olunurlar” deməsi kürdlərin narazılığına səbəb olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR