Bank Of Baku

Sülhəddin Əkbər: “Müsavat Məclisinə cəmi dörd yeni üzvün seçilməsi texniki amillərlə bağlıdır”

Sülhəddin Əkbər: “Müsavat Məclisinə cəmi dörd yeni üzvün seçilməsi texniki amillərlə bağlıdır”
# 02 aprel 2007 15:16 (UTC +04:00)
“Müsavat Məclisində boş qalmış 28 yerdən cəmi dördünə yeni üzvün seçilməsinin əsas səbəbi texniki amillərlə bağlıdır”. Bu açıqlamanı APA-ya Müsavat Məclisinin sədri Sülhəddin Əkbər verib. Onun sözlərinə görə, partiya nizamnaməsində Məclis üzvlərinin qurultayda seçilməsi nəzərdə tutulub. Sonuncu qurultayda bir sıra namizədlər yetərincə səs ala bilmədiyinə görə, Məclisdə boş yerlərin qaldığını deyən S. Əkbər qurultayın bu yerlərə seçkilər keçirmək səlahiyyətini Məclisə həvalə etdiyini qeyd edib: “Partiya nizamnaməsinə görə, namizəd Məclis üzvlərinin yarıdan çoxunun səsini topladıqda qalib gəlmiş sayılır. Bizim Məclisin 138 üzvü var və 70 nəfərin səsini toplayan Məclis üzvü ola bilərdi. İclasda isə 87 üzv iştirak edirdi və buna görə də Məclisə seçilmək asan olmadı”. Bu prosesi partiyada hələ də ümumi razılığın olmaması və tərəflərin bir-birinə güzəştə getməməsi kimi dəyərləndirilməsinə gəldikdə, S. Əkbər bunu doğru hesab etmir: “Bu, sadəcə, demokratiyanın göstəricisidir ki, gizli səsvermədən sonra kimin seçilib-seçilmədiyi müəyyən olur. Əksinə, biz hesab edirik ki, əvvəlcədən razılaşdırılmış seçkiyə getmək demokratik prinsiplərin pozulmasıdır”. S. Əkbər boş qalmış yerlərə seçkilərin nə zaman keçirilməsinin partiya Divanı tərəfindən müəyyənləşəcəyini qeyd edib.
Xatırladaq ki, Müsavat Məclisinin martın 31-də keçirilən iclasında boş qalmış yerlərə seçkilər keçirilib. 28 yerə 65 nəfər öz namizədliyini irəli sürüb. Namizədlərin böyük əksəriyyəti 50+1 səs toplaya bilmədiyi üçün Məclis üzvü seçilə bilməyib. Yalnız 4 namizəd seçkidə qalib gəlib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR