Bank Of Baku

Yusuf Halacoğlu: “Ərdoğan qondarma soyqırımını tanıyan 19 ölkədən bu qərarın əsaslandırılmasını tələb etməlidir”

Yusuf Halacoğlu: “Ərdoğan qondarma soyqırımını tanıyan 19 ölkədən bu qərarın əsaslandırılmasını tələb etməlidir”
# 02 aprel 2007 15:25 (UTC +04:00)
Bu açıqlamanı APA-nın Türkiyə bürosuna Türk Tarix Qurumunun rəhbəri, professor Yusuf Halacoğlu verib. O, qarşısında tələb qoyulan ölkələrə bir ay vaxt verilməli olduğunu deyib: “Əminəm ki, bir ay ərzində bu ölkələrdən heç biri bizə əsaslandırılmış cavab verə bilməyəcəklər. O zaman baş nazir ikinci dəfə mətbuat konfransı keçirərək Türkiyənin bu ölkələrlə münasibətlərinə aydınlıq gətirməlidir”. Yusuf Halacoğlu Ermənistan arxivlərindən bəzi sənədlərin yoxa çıxdığından şübhələndiyini bildirib: “Biz qısa müddət ərzində bu şübhələrimizin əsaslı olub-olmadığını dəqiqləşdirəcəyik. Əcnəbi elm xadimləri Türkiyədə toplu məzarlıqlarla bağlı araşdırma aparmaq istəyirlər, artıq hökumət bu müraciətə müsbət cavab verib. Belə bir toplu məzar aprelin 24-də Hatayda açılacaq. Ermənilərdən fərqli olaraq biz bütün arxivlərimizi açıq elan etmişik. Hətta Bostondakı daşnak arxivlərinin açılması üçün Türkiyə nə qədər lazımdır pul verməyə hazır olduğunu bildirib”. Qondarma erməni iddialarına qarşı Türkiyə ilə Azərbaycanın birgə mübarizə aparması zərurətindən bəhs edən Türk Tarix Qurumu başqanı fikirlərini belə əsaslandırıb: “Ermənistan Türkiyənin 1921-ci il Qars müqaviləsi ilə tənzimlənmiş sərhədlərini tanımır. O, qonşu ölkənin tanımadığı sərhədinin açılmasını hansı məntiqlə tələb edir? Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğu bir vaxtda sərhəd Ermənistana təzyiq göstərmək üçün bizim əlimizdə ən mühüm vasitədir. Türkiyədə heç bir hökumət Ermənistanla sərhədlərin açılması məsələsini gündəmə gətirə bilməz”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR