Bank Of Baku

Zurab Noğaydeli ilə Bakıya gələcək Gürcüstan nümayəndə heyətinin tərkibi açıqlanıb

Zurab Noğaydeli ilə Bakıya gələcək Gürcüstan nümayəndə heyətinin tərkibi açıqlanıb
# 03 aprel 2007 08:05 (UTC +04:00)
Sabah Gürcüstanın baş naziri Zurab Noğaydeli Bakıya bir günlük səfər edəcək. Gürcüstan prezidentinin dəftərxanasından APA-nın Gürcüstan bürosuna verilən məlumata görə, baş nazirlə birlikdə energetika naziri Nika Gilauri və iqtisadi inkişaf naziri Georgi Arveladze də Bakıya gələcək. Səfər zamanı Azərbaycandan Gürcüstana köhnə magistral kəmərlə qaz ötürülməsi, Transxəzər qaz kəmərinin çəkilməsi, Bakı-Tiflis-Axalkələk-Qars dəmiryolu xəttinin çəkilişi və s. məsələlər müzakirə olunacaq. Zurab Noğaydelinin Bakıya səfəri ilə əlaqədar Gürcüstan hökumətinin sabaha nəzərdə tutulan iclası bu gün keçiriləcək. Aprelin 4-də Azərbaycana gələcək Qazaxıstanın baş naziri Kərim Məsimovun Bakıdan Tiflisə gedəcəyi gözlənilir. Dünən Tiflisdə Gürcüstan-Qazaxıstan hökumətlərarası komissiyasının iclası keçirilib, bu gün isə hər iki ölkənin iş adamlarının iştirakı ilə biznes-forum keçirilməsi nəzərdə tutulur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR