Bank Of Baku

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə 2014-cü ildə sədrlik edəcək

Azərbaycan Avropa Şurası Nazirlər Komitəsinə 2014-cü ildə sədrlik edəcək
# 03 aprel 2007 09:23 (UTC +04:00)
APA-nın məlumatına görə, sədrlik institutunun rotasiya əsasında Serbiyaya keçməsi ilə əlaqədar Avropa Şurasının baş katibi Terri Devis bu ölkəyə iki günlük səfərə gedib. Serbiya AŞ Nazirlər Komitəsinə sədrliyi mayda San-Marinodan qəbul edəcək. Nazirlər Komitəsinə sədrliyin 6 aydan bir əlifba sırası ilə Avropa Şurasına üzv ölkələrin birinə keçir, Azərbaycan bu quruma 2014-cü ilin may ayından noyabr ayına kimi sədrlik edəcək. Ermənistanın AŞ Nazirlər Komitəsinə sədrliyi 2013-cü ilin may-noyabr aylarına, Türkiyənin sədrliyi isə 2011-ci ilin noyabr-may aylarına təsadüf edəcək. Qeyd edək ki, Avropa Şurasına yeni dövlətlərin üzv qəbul olunması ilə əlaqədar ölkələrin AŞ Nazirlər Komitəsinə sədrliyinin müddəti dəyişə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR