Bank Of Baku

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda dinindən, əqidəsindən asılı olmayaraq bütün insanların sərbəst ibadət edə bilirlər”

Hacı Allahşükür Paşazadə: “Azərbaycanda dinindən, əqidəsindən asılı olmayaraq bütün insanların sərbəst ibadət edə bilirlər”
# 03 aprel 2007 09:48 (UTC +04:00)
“Azərbaycanda dini tolerantlıq yaxşı vəziyyətdədir. Baxmayaraq ki, bütün dövlətlər tolerantlıqdan danışır, amma işə gələndə bəzi problemlər görünür”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, Şeyxülislam Hacı Allahşükür Paşazadə verib. Azərbaycanda din və vicdan azadlığının mövcud olduğunu deyən Hacı Allahşükür Paşazadə dinindən, əqidəsindən asılı olmayaraq bütün insanların sərbəst ibadət edə bildiyini deyib: “Bu gün xristian və yəhudi icması ilə müsəlmanlar arasında dialoq prosesi gedir. Görüşlər, konfranslar təşkil olunur, məsləhətləşmələr aparılır. Bu, Azərbaycandan başqa yerlərdə görünmür. Tolerantlıq Azərbaycan xalqının daxilindən gəlir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR