Bank Of Baku

Əli Əhmədov: “Hüseyn Abdullayevin həbsinin əvvəlcədən planlaşdırılması barədə məlumatların heç bir əsası yoxdur”

Əli Əhmədov: “Hüseyn Abdullayevin həbsinin əvvəlcədən planlaşdırılması barədə məlumatların heç bir əsası yoxdur”
# 03 aprel 2007 10:36 (UTC +04:00)
“Hüseyn Abdullayevin həbsinin əvvəlcədən planlaşdırılmasının, yaxud hakimiyyətdaxili qarşıdurma kimi təqdim edilməsinin heç bir əsası yoxdur. Ən azı ona görə ki, Hüseyn Abdullayev YAP-da təmsil olunmur”. APA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov deyib. H. Abdullayevin həbsinə gəldikdə, icra katibi bunu həm ədalətin bərpası, həm də gələcəkdə bu kimi xoşagəlməz halların təkrarlanmaması üçün profilaktik qərar kimi dəyərləndirib. Baş vermiş hadisədə Fəzail Ağamalının məsuliyyətinin olub-olmamasına gəldikdə, Ə. Əhmədov buna konkret cavab verməyib: “Bu işi istintaq aydınlaşdıracaq. Biz istintaqın əvəzinə fikir söyləyə bilmərik. Amma mən bir şey bilirəm ki, hadisənin başlanmasına səbəb ola biləcək davranış tonunun ortaya qoyulmasında nə Fəzail Ağamalının, nə də Milli Məclisdə iştirak edən digərlərinin günahı olub. Mətbuatda guya müəyyən ssenarilər, planlar haqqında fikirlər səsləndirilir. Hüseyn Abdullayevə kim tapşırmışdı ki, “sən get, özünü parlamentdə məhz bu cür apar”. Əgər Hüseyn Abdullayev ona parlamentdə bu cür hərəkət etmək barədə kimin göstəriş verdiyini açıqlasaydı, o zaman hansısa ssenaridən danışmaq olardı. Onun davranışı parlament üzvlərinin etirazına səbəb olub, bəzi deputatlar da onu düzgün davranışa dəvət ediblər. Bu, sonrakı xoşagəlməz hadisələr üçün əsas vermir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR