Bank Of Baku

“Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına yenidən baxılsın” mövzusunda dəyirmi masa keçirilib

“Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına yenidən baxılsın” mövzusunda dəyirmi masa keçirilib
# 03 aprel 2007 10:57 (UTC +04:00)
Azərbaycan Yolu Siyasi Hərəkatının (AYSH) Qadınlar Təşkilatı “Tarif Şurasının 6 yanvar 2007-ci il tarixli qərarına yenidən baxılsın” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, AYSH Qadınlar Təşkilatının sədri Zöhrə Şahsevənli bildirib ki, enerji mallarının qiymətlərin qaldırılması ölkədə ərzaq məhsullarının bahalaşmasına səbəb olub ki, bu da imkansız ailələrin dolanışığında problem yaradıb. Şəhid Ailələri Qayğı Cəmiyyətinin sədri Şərqiyyə Süleymanlı həyat yoldaşının və oğlunun Qarabağ müharibəsində şəhid olduğunu deyib və bildirib ki, aldığı məvacib ailənin dolanmasına kömək etmir. Toplantıdan sonra tədbir iştirakçıları Fikrət Əmirov küçəsindən başlayaraq, Hökumət Evi istiqamətində yürüş keçirməyə cəhd ediblər. Aksiya iştirakçıları Üzeyir Hacıbəyov küçəsində avtomobilin hərəkətini nisbətən məhdudlaşdırıblar. Aksiyada qiymətlərin qaldırılmasını pisləyən piket iştirakçıları, hökumətdən qərarın dəyişdirilməsini tələb ediblər. Aksiya polisin müdaxiləsi nəticəsində dağıdılsa da, heç kim saxlanılmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR