Bank Of Baku

Məzahir Pənahovun ABŞ səfəri başa çatıb

Məzahir Pənahovun ABŞ səfəri başa çatıb
# 03 aprel 2007 11:38 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES) prezidenti Riçard Sudriettenin Ümumdünya Seçki Təşkilatı adından ünvanladığı dəvət əsasında ABŞ-da səfərdə olmub. Bu barədə APA-ya MSK-nın mtbuat xidmətindən məlumat daxil olub. Səfər zamanı M. Pənahov Ümumdünya Seçki Təşkilatının Vaşinqton şəhərində keçirilən IV konfransında iştirak edib. “Hər bir səs həlledicidir” mövzusunda keçirilən konfrans zamanı bir sıra seçki məsələləri müzakirə olunub və qarşılıqlı təcrübə mübadiləsi aparılıb. Konfransa dünyanın 50-dən artıq ölkəsindən 200-ə yaxın seçki qurumlarının rəhbərləri, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri və seçki ekspertləri qatılıblar. MSK sədri səfər çərçivəsində bir sıra görüşlər də keçirib. M. Pənahov İFES-in hazırkı prezidenti Riçard Sudriette və iyun ayından etibarən onu əvəz edəcək Jan-Pier Kinqsli ilə görüşüb. Görüşdə iki qurum arasındakı əməkdaşlığın hazırki vəziyyəti və perspektivləri müzakirə edilib. Bundan əlavə, o, Böyük Britaniya MSK-nın sədri Sem Yanqer, Avropa Seçki Rəsmiləri Assosiasiyasının (əvvəlki Mərkəzi və Şərqi Seçki Rəsmiləri Assosiasiyası) baş katibi Zoltan Tosla görüş keçirib. Səfər çərçivəsində M. Pənahov ABŞ-ın Dövlət Departamentində dölət katibinin demokratiya, insan hüquqları və əmək məsələləri üzrə köməkçisi Bari Lovenkron, Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə koordinatoru Tomas Adams və həmçinin ABŞ-ın bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də işgüzar görüşlər keçirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR