Bank Of Baku

MSK “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi istiqamətində təşkil ediləcək kurslarla bağlı işini yekunlaşdırıb

MSK “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi istiqamətində təşkil ediləcək kurslarla bağlı işini yekunlaşdırıb
# 03 aprel 2007 13:15 (UTC +04:00)
Prezidentin imzaladığı “İnsan hüquqları üzrə fəaliyyət proqramı”nın yerinə yetirilməsi istiqamətində təşkil ediləcək kurslarla bağlı Mərkəzi Seçki Komissiyasında (MSK) yaradılmış işçi qrupu öz işini yekunlaşdırıb. Bu barədə APA-ya MSK katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, kursların keçirilməsi ilə bağlı proqram hazırlanıb, mövzular və mühazirələr müəyyənləşib, kursların keçiriləcəyi ərazilərlə bağlı təkliflər irəli sürülüb. N. Məmmədov bütün məsələlərlə bağlı təkliflərin hazırlandığını və yaxın günlərdə MSK-nın müzakirəsinə çıxarılacağını qeyd edib. Kursların əhatə dairəsi və hansı təhsil müəssisələrində keçiriləcəyi ilə bağlı konkret təkliflərin olduğunu bildirən N. Məmmədov kurslarda istinasız olaraq bütün seçki komissiyaları üzvlərinin iştirak edəcəyini deyib. Kursların Bakı ilə bərabər bəzi bölgələrdə də keçirilməsi təklif edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR