Bank Of Baku

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 15-ci ildönümü tamam olur

Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 15-ci ildönümü tamam olur
# 03 aprel 2007 13:59 (UTC +04:00)
APA-nın xəbərinə görə, bununla əlaqədar Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov jurnalistlərə açıqlama veriblər. X. Xələfov iki ölkə arasında heç bir problem olmadığını və münasibətlərin strateji xarakter daşıdığını, qarşılıqlı əlaqələrin bütün sahələr üzrə dinamik inkişaf etdiyini bildirib. Onun sözlərinə görə, 1997-ci, 2001-ci və 2004-cü illərdə imzalanmış ikitərəfli müqavilələr əlaqələrin inkişafında vacib rol oynayıb. Nazir müavini deyib ki, terrorçuluq və aqressiv separatçılıqla bağlı tərəflərin mövqeləri demək olar ki, üst-üstə düşür. O, rus dilinin önəmini də qeyd edib: “Azərbaycanda fəaliyyət göstərən 4517 məktəbdən 366-da təhsil Azərbaycan və rus dilində aparılır. 1571566 məktəblinin 108000-dən çoxu, 100 000 tələbənin isə 15000-dən çoxu rusca təhsil alır”. V. İstratov da öz növbəsində son 5-6 ildə Rusiya-Azərbaycan münasibətlərinin müsbət dinamika qazandığını vurğulayıb. O, ticarət dövriyyəsinin daim artdığına diqqəti cəlb edərək sərhəd xəttinin razılaşdırılmayan üç hissəsinin ikisi üzrə tezliklə razılıq əldə ediləcəyini də söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR