Bank Of Baku

İslam Partiyası Əli Bayramlı rayon təşkilatının sədri qurultayda Hacıağa Nurinin istefasının tələb edəcək

İslam Partiyası Əli Bayramlı rayon təşkilatının sədri qurultayda Hacıağa Nurinin istefasının tələb edəcək
# 03 aprel 2007 14:33 (UTC +04:00)
“Hələlik partiyanın rəhbərliyi ilə həya-abır pərdəsini saxlayırıq. Bu pərdə dağılsa, hərənin sözünü özünə deməyə məcbur olacağıq”. Azərbaycan İslam Partiyasının (AİP) Əli Bayramlı rayon təşkilatının sədri Vəliyullah Cəlilov APA-ya açıqlamasında bildirib ki, partiyanın sədri Hacıağa Nuri ilə bağlı mövqeyini dəyişməyib və qurultayda onun istefa verəcəyinə ümid edir. V. Cəlilov Əli Bayramlıya gələn partiya sədri ilə görüşdüyünü də deyib: “Mövqeyimi təkrarən ona dedim və bildirdim ki, sizin fəaliyyətinizdə ədalət görmürəm. Bu səbəbdən də istefa verməyinizi istəyirəm. Təəssüf edirəm ki, mənimlə bir qədər təkəbbürlə danışdı və partiyadaxili məsələlərin mətbuatda müzakirə olunmasına etiraz etdi. Amma mənim haqqımı heç kim əlimdən ala bilməz. Qurultayda isə hər hansı məsələyə aydınlıq gələcəyinə inanmıram”. AİP sədrinin müavini Vaqif Abdullayev isə APA-ya deyib ki, İslam Partiyasının qurultayında demokratik seçki mühiti yaradılacaq və hamıya danışmaq imkanı veriləcək. O, V. Cəlilovun açıqlamasını ciddi qəbul etmədiyini də qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR