Bank Of Baku

YAP-ın şəhər və rayon təşkilatlarının konfransları başa çatmaq üzrədir

YAP-ın şəhər və rayon təşkilatlarının konfransları başa çatmaq üzrədir
# 03 aprel 2007 14:44 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının (YAP) şəhər və rayon təşkilatlarının konfransları başa çatmaq üzrədir. Bu barədə APA-ya partiya sədrinin müavini, icra katibi Əli Əhmədov məlumat verib. Cəmi 6-7 rayonda konfransların keçirilmədiyini bildirən Ə. Əhmədov yaxın günlərdə bu rayonlarda da növbə ilə konfransların keçiriləcəyini qeyd edib. Onun sözlərinə görə, YAP-ın rayon təşkilatlarının konfransları kifayət qədər mütəşəkkil və fəal keçib: “Bu konfranslar nəticəsində YAP-ın yerli strukturlarının malik olduğu resursları bir daha dəyərləndirə bildik. Fəaliyyətimizdə mövcud olan nöqsanları, çatışmazlıqları müşahidə etdik, onları üzə çıxardıq və bütövlükdə YAP-ın 2008-ci ildə keçiriləcək prezident seçkiləri kampaniyasında daha mobil kollektiv kimi iştirak etməsi üçün mühüm qərarlar qəbul etdik. Keçirilən konfranslar, qəbul olunan qərarlar və aparılan təhlillər partiyanın yerlərdə fəaliyyətini daha da canlandıracaq. Bundan sonra bizim qarşımızda dayanan əsas vəzifə növbəti prezident seçkiləri ilə bağlı kampaniyadır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR