Bank Of Baku

ADP-nin Rəsul Quliyevin və Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissələri arasında qarşıdurma davam edir

ADP-nin Rəsul Quliyevin və Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissələri arasında qarşıdurma davam edir
# 03 aprel 2007 14:45 (UTC +04:00)
“ADP üzvlərinin 80 faizindən çoxu, rəhbərlikdə təmsil olunanların isə 90 faizi bizimlə bir yerdədir. Partiyanın xəttinə zidd fəaliyyət göstərən bir neçə nəfər ya bizim tərəfimizdən ADP-dən uzaqlaşdırılıb, ya da özləri gediblər. Bu adamların hansı adla fəaliyyət göstərməsi bizim üçün o qədər də əhəmiyyət daşımır”. Bu sözləri APA-ya açıqlamasında Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat Partiyasının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Həsrət Rüstəmov deyib. İki partiyanın eyni adla fəaliyyət göstərməsinin qanunvericilikdə qadağan olunduğunu xatırladan H. Rüstəmov hazırda ADP ilə bağlı bütün hüquqi sənədlərin qərargahda olduğunu qeyd edib: “Onlar məcbur olub öz adlarında müvafiq dəyişiklik edəcəklər. ADP adından imtina etməmələrinin əsas səbəbi ondan ibarətdir ki, üzvlərin fədakarlığı nəticəsində ADP-nin müsbət imici var və bu imicdən bəhrələnmək istəyirlər. Əgər bacarırlarsa, yeni təşkitlat yaratsınlar. Hazırda bu adla alver edirlər və qısa müddətdə buna son qoyulacaq”.
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədr müavini Akif Şahbazov isə H. Rüstəmovun dediyi rəqəmlərin həqiqətə uyğun olmadığını bildirib. Əksər rayonlarda konfranslar keçirdiklərini vurğulayan A. Şahbazovun fikrincə, bu fakt ADP üzvlərinin kimin ətrafında olduğunu sübut edir. Partiyanın adının dəyişdirilməsi ilə bağlı hər hansı müzakirə aparılmadığını deyən A. Şahbazov ad məsələsinin qurultayın səlahiyyətində olduğunu vurğulayıb: “Qurultayda bununla bağlı təkliflər irəli sürüləcəksə, münasibət bildiriləcək. Ara-sıra partiya üzvləri arasında belə fikirlər səsləndirilir, fikirlər ortaya qoyulur, amma həmin istəklər Təşkilat Komitəsinin gündəliyinə salınmayıb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR