Bank Of Baku

Yaqub Abbasov qurultayda Rəsul Quliyevə alternativ olaraq öz namizədliyini irəli sürəcək

Yaqub Abbasov qurultayda Rəsul Quliyevə alternativ olaraq öz namizədliyini irəli sürəcək
# 03 aprel 2007 15:00 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP-ni dəstəkləyən rayon təşkilatlarının 55-də konfranslar keçirilib. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, keçirilmiş konfranslar nəticəsində 421 nəfər qurultay nümayəndəsi seçilib. Y. Abbasov daha 6-7 rayon təşkilatında konfransların keçiriləcəyini qeyd edib. Qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə, Mədəniyyət və Turizm Nazirliyinə edilmiş müraciətlərə hələlik cavabın verilmədiyini də qeyd edən TK üzvü hesab edir ki, onlara toplantı keçirmək üçün normal yer ayrılacaq. Y. Abbasov qurultayda partiya sədrliyinə öz namizədliyini irəli sürmək iddiasından geri çəkilmədiyini də qeyd edib. Aprelin 14-də keçiriləcək qurultayda Rəsul Quliyevə alternativ olaraq öz namizədliyini irəli sürəcəyini bildirən Y. Abbasov burada qeyri-adi bir məsələnin olmadığını deyib. O, partiyadaşlarının bu addımını anlayışla qəbul edəcəyinə ümid etdiyini bildirib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR