Bank Of Baku

Astanada keçiriləcək MDB XİN başçıları Şurası iclasının gündəliyi açıqlanıb

Astanada keçiriləcək MDB XİN başçıları Şurası iclasının gündəliyi açıqlanıb
# 04 aprel 2007 08:32 (UTC +04:00)
Aprelin 25-də Astanada keçiriləcək Müstəqil Dövlətlər Birliyi (MDB) xarici işlər nazirləri Şurasının iclasında 19 məsələ müzakirə olunacaq. APA-nın MDB İcra Komitəsinin İnformasiya Departamentinə istinadən verdiyi məlumata görə, iclasda MDB hökumət başçıları Şurasının mayın 25-də Yaltada keçiriləcək iclasının gündəliyi, Xarici İşlər nazirlikləri arasında çoxtərəfli məsləhətləşmələr planın 2006-cı ildə icrası və 2007-ci il üçün planın qəbulu, MDB mədəni əməkdaşlıq Şurası sədrinin hesabatı, təbii və texnogen xarakterli fövqəladə hallar üzrə dövlətlərarası Şuranın fəaliyyəti barədə, sərhəd və digər xidmətlərin xarici sərhədlərdə böhran vəziyyətlərin yarandığı zaman birgə əməkdaşlığı haqqında Əsasnamənin təsdiq olunması haqqında protokol layihəsi, Daxili İşlər və Daxili Qoşunlar orqanları üçün kadrların hazırlanması haqqında Saziş layihəsi, Abxaziyada sülhün qorunması üzrə kollektiv qüvvələrin komandanı haqqında, xarici işlər nazirləri Şurasının növbəti iclasının keçirilməsi haqqında və digər məsələlər müzakirə olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR