Bank Of Baku

Adil Qəribov: “İrandakı uranın zənginləşdirilməsi obyektlərinin məhv edilməsinin Azərbaycana təsiri olmayacaq”

Adil Qəribov: “İrandakı uranın zənginləşdirilməsi obyektlərinin məhv edilməsinin Azərbaycana təsiri olmayacaq”
# 04 aprel 2007 09:08 (UTC +04:00)
Bu açıqlamanı APA-ya Azərbaycan Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov verib. Onun sözlərinə görə, hər hansı hərbi əməliyyatlar zamanı atom elektrik stansiyalarına zərbə endirilməməsi barədə beynəlxalq saziş mövcuddur. “Stansiyaların məhvi dünyəvi problem olduğundan, müharibələr zamanı təhlükəli obyektlərin toxunulmazlığı qorunur. Təcrübə obyektlərinin məhvi isə təhlükəsiz üsulla həyata keçirilir”. Adil Qəribovun fikrincə, İrana qarşı aparılacaq hər hansı hərbi əməliyyatlar ilk növbədə atmosferin zəhərlənməsi ilə müşayiət olunacaq. “Bilərəkdən, yaxud təsadüfən hər hansı neft emalı zavodunun partladılması yaxın ərazilər üçün faciəvi ola bilər. Təcrübələr göstərir ki, hərbi əməliyyatların nəticələri külək istiqamətində 100-200 kilometr ərazidə daha güclü təsir göstərir. Məsafə artdıqca isə təsir zəifləyir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR